Federiko yubiley oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının III turu “Neftçi”nin futbolçusu Dario Federiko üçün əlamətdar olub. Braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley – 50-ci oyununu keçirib. Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. “Kəpəz”də 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.
Qeyd edək ki, Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdır.