23 Yanvar 2025
Kateqoriyasız

Dario Federiko: “Azarkeşlərin “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”

“Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Federikonun klinikadan evə buraxılması haqda yazmışdıq.

İdmanxeber.com-un məlumatına görə, məcburi istirahətə çəkilən yarımmüdafiəçinin nə vaxt klubun düşərgəsinə qayıdacağı hələ ki, dəqiq məlum deyil. Amma gələn həftə müayinədən sonra “sambaçı”nın durumuna aydınlıq gələcək

Cənubi amerikalı son durumu ilə bağlı klub saytına qısa açıqlama verib: “İndi özümü yaxşı hiss edirəm, əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43