Kateqoriyasız

Darionun transferi açıqlandı

“Neftçi”dən ayrılan Dario Frederikonun yeni klubu müəyyənləşib.

Braziliyalı vinger karyerasını Latviyada davam etdirəcək. O, Çempionlar Liqasında mübarizə aparacaq “Riqa” ilə müqavilə imzalayıb. Paytaxt təmsilçisi 28 yaşlı futbolçu ilə imzalanan sözləşmənin detalları barədə məlumat yaymayıb.

Dario ötən mövsüm “Neftçi”də 25 oyunda 4 qol vurub, 4 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43