Topaz Premyer Liqasının XVII turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görən,hazırda davam edən “Keşlə” – “Sumqayıt” matçının baş hakimi dəyişib. Belə ki, görüşün baş hakimi olan Rauf Cabbarov zədələndiyi üçün ikinci hissədə oyunu idarə edə bilməyib. Onun yerinə dördüncü hakim Rauf Allahverdiyev davam edib.
İkinci hissəsi oynanan görüşdə hesab 1:0 “Keşlə”nin xeyrinədir.