13 Avqust 2022
Kateqoriyasız

“Davam etmək istəyirik, ancaq bu da bizi qane edir” – Rəşad Sadıqov

Premyer Liqanın XII turu çərçivəsində “Zirə” səfərdə “Sumqayıt”ı darmadağınla məğlub edib – 3:1.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

İlk növbədə onu deyim ki, vacib 3 xal qazandıq. Sumqayıt səfəri hər zaman çətindi. Hər komanda buradan 3 xalla ayrıla bilmir. Ehtimal edirdik ki, “Sumqayıt” ilk dəqiqələrdən meydanın mərkəzində bizi aqressiv şəkildə qarşılayacaq və bizim arxadan oyun qurmağımıza imkan verməyəcək. Belə də oldu. İlk hissədə vurduğumuz qollar oyunun gedişatına təsir etdi və rəqibi biraz sarsıtdı. Gözləyirdik ki, “Sumqayıt” böyük qüvvə ilə irəli atılacaq və biz də əks hücumlarda onları tutmağı planlaşdırırdıq. Üçüncü qolu vurub oyunu rahatlaşdırdıq. Ümumən isə maraqlı və sürətli oyun getdi.

– Cəlal Hüseynovu əvəzləməyiniz ona gələcək oyunlarda psixoloji cəhətdən təsir edəcəyini düşünmursuz?

Əksinə, Cəlalı qorumaq üçün dəyişdim. Hər hansı kobud səhvlə yadda qalsaydı bu ona psixoloji təsir edə bilərdi. 22-23 yaşı olsa dəyişməyəcəkdim. Həm də onda yorğunluq var. İki aydır ki, dəyişilmədən oynayır. Onda yorğunluq var.

– İstədiyiniz sistemi komandaya tətbiq edə bilmisiniz?

Desəm ki, daha çoxunu gözləyirəm, naşükürlük olar. Futbolçular yaxşı oyun sərgiləyirlər. Əsas odur ki, düzgün futbol oynamağa çalışırıq. Bəlkə bundan da yaxşı oynaya bilərik. Bununla dayanmaq niyyətimiz yoxdu. Ancaq bu da bizi qane edir.

– Yəni bu tərzdə oynamağa davam edəcəksiniz?

Futbolçu kimi də topla üstünlük verirdim, məşqçi kimi də. Ötən mövsümün əvvəlində bəzi şeylər edirdik alınmırdı. Sonra dəyişikliklərə getdik. Bir şeydə alınmırsa, perspektiv yoxdursa, onda dirənməyə də ehtiyac yoxdu. Ötən mövsüm dinamik və aqressiv futbol oynayırdıq. Bu mövsüm oynadığımız oyun futbolçulara da xoşdur.

– Stoilovla yolları ayırdınız. Səbəb nə idi? 

Stoilovla qəribə hadisələr baş verdi. Bizə gəldiyi günlərdən zədə onun yaxasını buraxmadı. Bizə gəldikdən sonra 3-4 ayda 5-6 dəfə zədələndi. Daha sonra oturduq, söhbətləşdik. Hər iki tərəf üçün xeyirli olanına qərar verdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah”da yeni hücumçu – rəsmi

admin

UEFA Norveçdən istədiyi cavabı ala bilmədi – “Qarabağ”ın oyununa görə

admin

Azərbaycan – Kipr: hakimlər açıqlandı

admin