“Qəbələ” ilə matç bizim üçün çox vacibdir. Ümumiyyətlə, çempionatın ən gərgin qarşılaşmalarından biri olacaq. Çünki aramızda mübarizə var”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu David Manqa deyib.
O, sabah Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan danışıb. Manqa rəqibin güclü tərəflərinn çox olduğunu bildirib: “Rəqibin güclü tərəfləri çoxdur. Biz bunu bilirik. Son oyunda “Sumqayıt”a uduzduğumuz üçün sabah mütləq qalib gəlməlyik. Doğrudan da yaxşı matç olacaq”.
28 yaşlı vinger ötən tur “Sumqayıt”a məğlubiyyətə də şərh verib: “Sumqayıt” sıradan komanda deyil. Çox yaxşı oyun göstərirlər. Onlara qarşı matçda hesabı biz açdıq. Fikrimcə, erkən qolumuzdan sonra onlar matçda nəzarəti ələ aldılar. Daha çox qələbə istəyi qol vurmaları ilə nəticələndi. Meydandakı aqressiv oyunun sonucunda qalib gəldilər”.
Fransalı oyunçu çempionatdakı hədəfləri haqqında da fikirlərini bölüşüb: “İndidən hər hansı hədəf haqqında danışmaq tezdir. Düzdür, mükafatçı yerlərdə olmaq üçün oynayırıq. İlk növbədə hər matçdakı 3 xal haqqında düşünməliyik. Ən pis halda ilk “üçlük”də olmalıyıq”.
Manqa IX turda “Qəbələ”nin “Qarabağ” üzərində qələbəsi haqqında da danışıb: “Qəbələ” son matçda “Qarabağ”a qalib gəldi. Ondan öncə də bizim uduzduğumuz “Sumqayıt”I üstələmişdi. Əminəm ki, “Zirə” səfərinə də çox güclü motivasiya ilə gəlirlər. Amma biz də bu matça fərqli köklənəcəyik. Məncə, sonuncu məğlubiyyət bizi qələbəyə ekstra motivasiya etməlidi”. (sport24.az)