“Gözlədiyimiz kimi çətin oyun alındı. Hətta lap çətin idi. Xüsusilə də, fasilədən sonra “Qarabağ”ın yüksək təzyiqini hiss etdik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Bazel”in qapıçısı Hayns Linder Konfrans Liqasının H qrupunda “Qarabağ”la oyun barədə danışarkən deyib.
Qolkiper Ağdam klubuna qarşı Bakıda keçirilən matçda qeydə alınan heç-heçədən razıdı:
“Rəqibimiz dayanmadan pressinq edərək, hücumlara çıxırdı. Dayanmaq çətin idi. Bütün bunları nəzərə alsaq, nəticədən razı qalmaq olar”.