20 Sentyabr 2024
Ölkə futbolu

“Dayanmaq olmaz” – “Araz Naxçıvan”ın məşqçisi

Misli Premyer Liqasının VI turu çərçivəsində “Araz-Naxçıvan” “Kəpəz”i məğlub edib (1:0).

İdmabxeber.az-ın məlumatına görə, oyundan sonra mətbuat konfransında Naxçıvan klubunun məşqçisi Rasim Ramaldanov görüş bağlı fikirlərini bildirib:

“Azər Bağırova və “Kəpəz” komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram. Oyunun çətin keçəcəyi gözlənilən idi. Rəqibimiz necə görüşdür məğlub olur. Bunun da qırılma nöqtəsi olacağını bilirdik. Birinci hissədə diqtə edən tərəf biz idik, epizodlar yaratdıq, təəssüf ki, son nöqtəni qoya bilmədik. İkinci hissə bərabər səviyyədə başladı. Amma matçın gedişində müəyyən dəyişikliklər etdik və yekunda lazım olan, oyunun nəticəsini həll edən qolu vurduq və hesabı qoruduq.
Dayanmaq olmaz. Marafon uzundur. Səhvlərimiz var, onların üzərində işləməli, oyunumuzu yaxşılasdırmalıyıq. Keyfiyyətli futbolçularımız var.

Avrokuboklar haqda danışmaq tezdir. İşimizi düzgün qurmalı, addım-addım irəliləməli, hər dəfə növbəti görüşü düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43