FIFA rəsmisi Jerard Houlyer DÇ-2014-ün ən yaxşısı seçilən Lionel Messiyə “Qızıl top” mükafatının verilməsinin səbəbini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumunun nümayəndəsi açıqlamasında məsələni belə izah edib:
“Messini “Qızıl top”u qazanması narazılığa səbəb oldu. Ancaq buna etiraz edənlər yalnız onun Almaniya ilə final matçındakı çıxışını dəyərləndirirlər. FIFA isə Messinin DÇ-2014-də bütün oyunlarını izlədikdən sonra bu qərarı verib”.