Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Avstraliya öz meydanında Hondurası qəbul edib. İlk oyunda heç-heç qeydə alınan tərəflərin ikinci duelində Avstraliya 3:1 hesablı qələbə qazanmaqla mundiala yüksəlib.
Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 31-ə çatıb:
Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Avstraliya.
Qeyd edək ki, DÇ-2018-in son iştirakçısı sabah səhər Bakı vaxtı ilə start götürəcək Peru – Yeni Zelandiya matçından sonra müəyyənləşəcək. İlk matçda hesab açılmayıb.