Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinin rəsmi topu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, mundialın qarşılaşmaları “Adidas Telstar 18” topu ilə oynanılacaq. Bu topun rəsmi təqdimat mərasiminin noyabrın 9-da keçirilməsi planlaşdırılıb. Lakin topun şəkli indidən sosial şəbəkələrə sızıb.
Qeyd edək ki, 21-ci dünya çempionatı 2018-ci iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.