İdman

DÇ-2018: Xorvatiya və Rusiya 1/4 finalda

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Fransa və Uruqvayın ardından daha iki 1/4 finalçının adına aydlnlıq gəlib.

Rusiya İspaniyanı, Xorvatiya isə Danimarkanı penalti serialarına məğlub edərək, mərhələ adlyıb.

Dünya çempionatı

1/8 final mərhələsi

1 iyul

Xorvatiya – Danimarka – 1:1 (əlavə vaxt)

Qollar: Mancukiç, 4 – Yorgensen, 2
İstifadə edilməyən penalti: Luka Modriç, 115 (qapıçı)
Penalti seriyası: 3:2
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion

İspaniya – Rusiya – 1:1 (əlavə vaxt, penalti seriyası)

Qollar: İqnaşeviç, 12 (avtoqol) – Zyuba, 41 (pen.)
Penalti seriyası: 3:4
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43