DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, bu gün keçirilən matçların ardından Mərakeş, Xorvatiya, İspaniya və Yaponiya komandaları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Turnirin iddialı iki yığması – Belçika və Almaniya milliləri isə qrupda qalıblar.
Bu gün qeydə alınan nəticələrin ardından dünya çempionatının 1/8 final mərhələsinin 6 cütü bəllidir:
Niderland – ABŞ
Argentina – Avstraliya
Fransa – Polşa
İngiltərə – Seneqal
Yaponiya – Xorvatiya
Mərakeş – İspaniya
Qeyd edək ki, qrup mərhələsinin sonuncu turunda sabah daha dörd oyun keçiriləcək.