Dünya çempionatında daha 4 qarşılaşma keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, iki qrupda – C və D qruplarında ümumilikdə 4 matç keçirilib.
Günün ilk matçında C qrupunda yer alan və turnirin favoritləri arasında göstərilən Argentina millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Gözlenilmədən Argentina rəqibinə uduzub. Qrupun digər matçında Meksika ilə Polşa qolsuz bərabərliyə razılaşıblar.
D qrupunda Danimarka Tunislə heç-heçə edub. Fransa isə Avstraliyanı darmadağın edib.
DÇ-2022
I tur
22 noyabr
C qrupu
Argentina – Səudiyyə Ərəbistanı – 1:2
Qollar: Lionel Messi,10 (pen.) – Saleh Əl-Şəhri, 48, Salem Əl-Davsari, 54
Meksika – Polşa – 0:0
D qrupu
Danimarka – Tunis – 0:0
Fransa – Avstraliya – 4:1
Qollar: A.Rabyo, 27. O.Jiru, 32, 71, K.Mbappe, 68 – K.Qodvin, 9
Bizi teleqramda izləyin