Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun digər oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, C və D qruplarında ümumilikdə 4 matç baş tutub.
C qrupunda Polşa Argentina ilə üz-üzə gəlib. Bu matçın həm qalibi Argentina, həm də məğlubu Polşa 1/8 finala yüksəlib. Polşanın məğlubiyyətə rəğmən qrupdan çıxmasına səbəb Meksikanın Səudiyyə Ərəbistanına iki top fərqi ilə qalib gələ bilməməsi olub.
D qrupunda 1/8 finala vəsiqəni təmin edən Fransa Tunislə qarşaşıb. Fransızlar bu matçda məğlub olub.
Avstraliya isə Danimarkanı məğlub edərək qrupdan çıxıb..
30 noyabr
DÇ-2022
Qrup mərhələsi, 3-cü tur
C qrupu
23:00. Polşa – Argentina – 0:2
Qollar: Aleksis Makallister, 46, Julian Alvarez, 68
23:00. Səudiyyə Ərəbistanı – Meksika – 1:2
Qollar: Henri Martin, 48 (0:1), Luis Çavez, 52 (0:2), Hattan Bahebri, 90+5 (1:2)
D qrupu
19:00. Avstraliya – Danimarka – 1:0
Qol: Mettyu Leki, 60 (1:0)
19:00. Tunis – Fransa – 1:0
Qol: Vahbi Xazri, 58 (1:0)
Ləğv olunan qol: Antuan Qrizmann, 90+8 (VAR – Fransa)