Dünya futbolu

DÇ-2022: Bütün 1/8 finalçılar müəyyənləşdi

DÇ-2022-də qrup mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilib və 1/8 finalın bütün cütlükləri məlum olub.

Bu gündən etibarən 1/8 final mərhələsinə start verilir. Oyunlar gündə 2 dəfə olmaqla saat 19:00-da və 23:00-da start götürəcək.

03.12.2022
Niderland – ABŞ
Saat: 19:00
Stadion: Xəlifə Beynəlxalq Stadionu
Hakim: Uilton Sampayo (Braziliya)

Argentina – Avstraliya
Saat: 23:00
Stadion: Əhməd bin Əli
Hakim: Şimon Marçinyak (Polşa)

04.12.2022
Fransa – Polşa
Saat: 19:00
Stadion: Əl Thumama

İngiltərə – Seneqal
Saat: 23:00
Stadion: Əl Bayt

05.12.2022
Yaponiya – Xorvatiya
Saat: 19:00
Stadion: Əl Cənub

Braziliya – C. Koreya
Saat 23:00
Stadion: Stadion 974

06.12.2022
Mərakeş – İspaniya
Start: 19:00
Stadion: Education City

Portuqaliya – İsveçrə
Start: 23:00
Stadion: Lusail


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43