Kateqoriyasız

DÇ-2022: İspaniya Gürcüstanı, Almaniya Ermənistanı darmadağın etdi

Dünən DÇ-2022-nin seçmə mərhələsində 5-ci tura start verilib.

A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına dünən çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə İrlandiya ilə qarşılaşıb və 1 xal qazanıb. Qrupun digər matçında Serbiya Lüksemburqla üz-üzə gəlib və darmadağına sevinib.

G qrupunda yer alan Türkiyə yığmasının rəqibi Cəbəllütariq olub. Qardaş ölkə yığması darmadağınla qalib gəlib. Qrupun digər oyununda Niderland yığması da Monteneqronu darmadağın edib.

Dünya çempionatının son qalibi Fransa səfərdə Ukrayna yığmasının müqavimətini qıra bilməyib.

B qrupunda yer alan İspaniya milli komandası bu gün Gürcüstanla qarşılaşıb və darmadağına sevinib. Qrupun digər matçında Kosovo ilə Yunanıstan heç-heçə oynayıb.

J qrupunun lideri olan Ermənistan millisi ən yaxın izləyicisi Almaniyanın qonağı olıb. Bundestim bu görüşdə 6 cavabsız qolla qalib gəlib. İngiltərə yığması Andorranı, Belçika Çexiyanı, Polşa San Marinonu darmadağın edib. İtaliya yığması isə İsveçrə ilə səfər oyunundan 1 xalla dönüb.

DÇ-2022, seçmə mərhələ, 5-ci tur

4 sentyabr

D qrupu

Finlandiya – Qazaxıstan 1:0
Qol
: Pohyanpalo, 60.

Ukrayna – Fransa 1:1
Qol
: Şaparenko, 44 – Marsyal, 50.

H qrupu

Kipr – Rusiya 0:2
Qol
: Yeroxin, 6. Cemaletdinov, 55.

Sloveniya – Malta 1:0
Qol
: Lovriç, 44.

Slovakiya – Xorvatiya 0:1
Qol
: Brozoviç, 86.

A qrupu

İrlandiya – Azərbaycan 1:1
Qol
: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.

Serbiya – Lüksemburq 4:1
Qol
: A.Mitroviç, 22; 35. Şanot, 81-öz qapısına. Milenkoviç, 90+6 – Till, 77.

G qrupu

Latviya – Norveç 0:2
Qol
: Haland, 20-pen. M.Elyunussi, 66.

Niderland – Monteneqro 4:0
Qol
: Depay, 38-pen; 62. Veynaldum, 70. Qakpo, 76.

Cəbəllütariq – Türkiyə 0:3
Qol
: H.Dərvişoğlu, 54. H.Çalhanoğlu, 65. K.Karaman, 83.

F qrupu

İsrail – Avstriya 5:2
Qol
: Solomon, 5. Dabbur, 20. Zahavi, 33; 90+1. Vaysmann, 59 – Baumqartner, 42. Arnautoviç, 55.

Şotlandiya – Moldova 1:0
Qol
: Daykes, 14.

Farer adaları – Danimarka 0:1
Qol
: Vind, 85.

5 sentyabr

E qrupu

Belarus – Uels 2:3
Qol
: Lisakoviç, 29-pen. Sedko, 30 – Q.Beyl, 5-pen; 69-pen; 90+3.

Belçika – Çexiya 3:0
Qol
: Lukaku, 8. E.Hazard, 41. Salemakers, 65.

C qrupu

Bolqarıstan – Litva 1:0
Qol
: Çoçev, 82.

İsveçrə – İtaliya 0:0

İ qrupu

İngiltərə – Andorra 4:0
Qol
: Linqard, 18; 78. Keyn, 72. Saka, 84.

Albaniya – Macarıstan 1:0
Qol
: Broya, 87.

San Marino – Polşa 1:7
Qol
: Nanni, 48 – Levandovski, 5; 21. Sviderski, 16. Linetti, 44. Buksa, 67; 90+2; 90+4.

J qrupu

İslandiya – Şimali Makedoniya 2:2
Qol
: Byarnason, 78. Qudyohnsen, 84 – Velkovski, 11. Alioski, 54.

Almaniya – Ermənistan 6:0
Qol
: Qnabri, 6; 15. Roys, 35. Verner, 45. Hofmann, 52. Adeyemi, 90+1.

Rumıniya – Lixtenşteyn 2:0
Qol
: Toska, 11. Manea, 18.

B qrupu

İspaniya – Gürcüstan 4:0
Qol
: Qaya, 14. Soler, 25. F.Torres, 41. Sarabiya, 63.

Kosovo – Yunanıstan 1:1
Qol
: Muriqi, 90+2 – Duvikas, 45+2.

Bombardir: Aleksandar Mitroviç (Serbiya) – 7 qol.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43