09 Fevral 2023
Dünya futbolu

DÇ-2022 matçlarını “CBC Sport” da canlı yayımlayacaq

Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır.

İdmanxeber.az-ın məlumatına görə ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43