Kateqoriyasız

DÇ-2022-nin püşkü atıldı – YENİLƏNİB

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının püşkatma mərasimi keçirilib.

İsmanxeber.az xəbər verir ki, Qətərin paytaxtı Dohadakı tədbirə Bakı vaxtı ilə saat 20:00-da start verilib.

Püşkdən öncə milli komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri – Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu
İngiltərə
İran
ABŞ
3-cü pley-offun qalibi

C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu
Fransa
1-ci pley-offun qalibi
Danimarka
Tunis

E qrupu
İspaniya
2-ci pley-offun qalibi
Almaniya
Yaponiya

F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43