26 Dekabr 2024
Dünya futbolu

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atıldı

2026-cı ildə futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə görə komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo

C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, İrlandiya, Ermənistan

G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino

I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn

K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Qeyd edək ki, 12 qrupda yer alacaq komandalardan birinci yeri tutanlar mundiala birbaşa vəsiqə əldə edəcəklər. İkinci pillənin sahibləri isə pley-offda oynamaq hüququ qazanacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43