İdman

DÇ: Boksçumuzdan ikinci qələbə

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.

İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz 1/16 final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.

89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43