Milli komanda

De Byazi: “Azərbaycanın Avropada sözünü deyə biləcək gənc futbolçuları var”

Millimizin baş məşqçisi Canni De Byazi müsahibə verib.

İdmanxeber.az “Buoncalcioatutti”yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis azərbaycanlı futbolçuların ölkə xaricində oynaya bilməmələrinin səbəbi haqda danışıb:

“Azərbaycanda, xüsusən də komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa Birliyinə daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Onların təcrübələri yoxdur, İtaliya, İspaniya, İngiltərə və ya Almaniyadakı kimi rəqabətli liqalarda oynamırlar. Amma güclü rəqiblərlə mübarizə apara biləcəklərini deyə bilərəm. Məsələn, İtaliyada “Atalanta” buna nümunədir. Ukraynalı Ruslan Malinovski kimi bir çox insana məlum olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə inkişaf etdirə bilirlər və nəticə əldə edirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Sadıqovlu millimiz heç-heçə etdi (YENİLƏNİB)

admin

Millimizin Çexiyada açıq məşqinin vaxtı açıqlanıb

admin

Millimiz İrlandiyada çökdü

admin