Milli komanda

De Byazi: “Bu da məni çox əsəbiləşdirdi”

Türkiyə –  Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə isə komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım.

Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçuların bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus mllisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millidən böyükhesablı qələbə- YENİLƏNİB

admin

Millimizin baş məşqçisi: “Görüləsi işlər çoxdur”

admin

Millidə baş məşqçi dəyişikliyi

admin