Kateqoriyasız

De Byazi bu futbolçunu millimizdə görmək istəyir

“Yeni il üçün ilk hədəfimiz UEFA Millətlər Liqası olacaq. Məqsədimiz qrupu ilk iki pillədə başa vurmaqdır. Biz bunu bacara bilərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

Vaxtilə “Torino” klubunda baş məşqçilik edən De Byazi “Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiz, kimi seçərdiniz” sualını da cavablandırıb:

​“Sayları çox olardı. Amma mən Qleyson Bremer deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir. Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43