UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
Idmanxeber.az xəbər verir ki, baş məşqçi Canni De Byazi ilkin təlim-məşq toplanışına xaricdə forma geyinən milli üzvlərini də dəvət edib.
Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq.
Azərbaycan millisi Millətlər Liqasında iyunun 3-də səfərdə Qazaxıstan, iyunun 6-da Serbiyada Belarus, iyunun 10-da Bakıda Slovakiya, iyunun 13-də isə yenə paytaxtda Belarusla üz-üzə gələcək.
1 | Səlahət Ağayev | Sabah |
2 | Emil Balayev | Turan (Qazaxıstan) |
3 | Rəşad Əzizli | Səbail |
4 | Höccət Haqqverdi | Sumqayıt |
5 | Anton Krivotsyuk | Visla (Plotsk, Polşa) |
6 | Azər Salahlı | Neftçi |
7 | Bəxtiyar Həsənalızadə | Sabah |
8 | Eddi İstafilov | Neftçi |
9 | Emin Mahmudov | Neftçi |
10 | Aleksey İsayev | Sabah |
11 | Anatoli Nuriyev | Sumqayıt |
12 | Dmitri Nazarov | Erzgebirge Aue (Almaniya) |
13 | Namik Ələskərov | Bursaspor (Türkiyə) |
14 | Renat Dadaşov | Tondela (Portuqaliya) |
15 | Mahir Emreli | Dinamo (Zaqreb, Xorvatiya) |
Qeyd: Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.