Futbol üzrə Azərbaycan millisinin Lüksemburqa qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoxlama matçı üçün heyəti açıqlanıb.
Baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib. Onlardan altısı legionerdir.
Azərbaycan millisi noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki qarşılaşmaya saat 21:00-da start veriləcək.
Mehdi Cənnətov | Zirə | Qapıçı |
Emil Balayev | Qarabağ | Qapıçı |
Şahrudin Məhəmmədəliyev | Qarabağ | Qapıçı |
Maksim Medvedev | Qarabağ | Müdafiəçi |
Bəhlul Mustafazadə | Qarabağ | Müdafiəçi |
Azər Salahlı | Keşlə | Müdafiəçi |
Mert Çelik | Neftçi | Müdafiəçi |
Höccət Haqqverdi | Sumqayıt | Müdafiəçi |
Bəxtiyar Həsənalızadə | Sabah | Müdafiəçi |
Tellur Mütəllimov | Sumqayıt | Müdafiəçi |
Anton Krivotsyuk | Wisla Plock (Polşa) | Müdafiəçi |
Amin Seydiyev | Sabah | Müdafiəçi |
Cəlal Hüseynov | Zirə | Müdafiəçi |
Qara Qarayev | Qarabağ | Yarımmüdafiəçi |
Çoşqun Diniyev | Zirə | Yarımmüdafiəçi |
Filip Ozobiç | Qarabağ | Yarımmüdafiəçi |
Vüqar Mustafayev | Sumqayıt | Yarımmüdafiəçi |
Emin Mahmudov | Neftçi | Yarımmüdafiəçi |
Rüstəm Əhmədzadə | Minaj (Ukrayna) | Hücumçu |
Namik Ələskərov | Bursaspor (Türkiyə) | Hücumçu |
Renat Dadaşov | Tondela (Portuqaliya) | Hücumçu |
Ramil Şeydayev | Qarabağ | Hücumçu |
Mahir Emreli | Legia Warszawa (Polşa) | Hücumçu |
Araz Abdullayev | Etnikos (Kipr) | Hücumçu |