Kateqoriyasız

De Byazi: “Millinin qapısı hamı üçün açıqdır, amma…”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sabah Moldovaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.

İdmanxeber.az xəbər verir ki, italyan mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq”.

Sabah Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43