24 Noyabr 2024
Milli komanda

De Byazi: “Müqəddəs atəş hələ sönməyib”

Milli komandamızdan ayrılan De Byazi İtaliya mətbuatına danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli çalişdırıcı İsveç üzərindəki qələbəni ön plana çəkib:

“Getməli olduğum yolda irəlilədim. Lazımi qiymətləndirmələri etdim və nəticə baxımından maksimuma çatdığımı düşünürəm. Kifayət qədər gənc, perspektivi olan komandadan ayrıldım. Hər şey başladığı kimi bitə bilir və mənim üçün bitmişdi.

Azərbaycan FIFA reytinqində 120-ci olan komandadır və istənilən halda, biz İsveç kimi güclü komandanı məğlub etməyi bacardıq. Belçikaya məğlub olsaq  da, meydanda nələr üçünsə çalışdığımızı gördük. Sonda futbolçuların keyfiyyətləri önə çıxdı və fərq yarandı.

Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43