Kateqoriyasız

De Byazi “Neftçi”nin oyununu izləyəcək

Sloveniyada təlim-məşq toplanışnda olan “Neftçi” klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi  “Kodeljevo Sport Ljubljana” stadionunda Slveniyanın “Olimpiya” komandasına qarşı keçiriləcək qarşılaşmanı izləyəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43