Kateqoriyasız

De Byazinin mətbuat konfransı keçiriləcək

Martın 22-də saat 15:30-da Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, saat 16:00-da isə millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq. Mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələri ehtimal olunan iştirakçı sayını müəyyən etmək üçün ad, soyad, və təmsil etdiyi mətbu orqanın adını 18 mart saat 18:00-a qədər [email protected] ünvana göndərmələri xahiş olunur.

Qeyd edək ki, millimiz beynəlxalq yoldaşlıq oyunları çərçivəsində martın 25-də Malta, 29-da isə Latviya komandası ilə qarşılaşacaq. Hər iki oyun Maltada, “National Stadium”da keçiriləcək. (affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43