Kateqoriyasız

De Byazinin mətbuat konfransının vaxtı açıqlandı

Yoldaşlıq oyunu çərçivəsində martın 29-da Maltada “National Stadium”da keçiriləcək Azərbaycan – Latviya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.az xəbər verir ki, hər iki tədbir bu gün baş tutacaq. Millinin baş məşqçisi Canni de Byazinin konfrası yerli vaxtla saat 11:30-da olacaq.

Latviya – Azərbaycan matçı saat 15:00-da başlayacaq.

28 mart

Latviya milli komandası
Saat 11:45. Mətbuat konfransı
Saat 13:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 11:30. Mətbuat konfransı
Saat 12:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43