Kateqoriyasız

De Byazinin millidəki taleyi bu tarixdə bilinəcək

Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması
5. Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43