“Ştutqart”ın forvardı Deniz Ündav bu mövsüm performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı oyunçu Almaniya millisinə qədər yüksəlib.
D. Ündav müqaviləylə “Brayton”a məxsusdur. “Qağayılar”ın baş məşqçisi Roberto de Zerbi almaniyalı forvardın yayda geri dönəcəyini açıqlayıb.
O, bu mövsüm Bundesliqada 23 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.