17 Sentyabr 2024
Dünya futbolu

Deku Uilyamsı niyə almadıqlarını açıqladı

“Barselona”nın idman direktoru Deko klubun yay transfer pəncərəsində “Atletik”in vingeri Niko Uilyamsı niyə transfer etmədiklərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, yayda “Barselona”nın 22 yaşlı ispaniyalı ilə müqavilə imzalamağa yaxın olduğu bildirilirdi, lakin son anda transfer baş tutmadı:

“Niko Uilyamsı niyə müqavilə imzalamadıq? Çünki bizə kömək edəcək Rafinya, Ferran Torres, Ansu Fati, Lamin Yamal və Fermin Lopes və Dani Olmo kimi var. Olmo bizə başqa bir hücumçu ilə müqavilə imzalamaqdan daha çox imkanlar verir”.

Bu mövsüm Uilyams “Atletik”in heyətində La Liqada 4 oyun keçirib, heç bir qol vurmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43