Dekabrdan “Komo”nun heyətində məşq edən yarımmüdafiəçi Dele Alli İtaliya komandası ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub və daha 12 ay uzadıla bilər. Dele Alli ötən yay “Everton”dan ayrıldıqdan sonra komandasız qalıb.
28 yaşlı futbolçu həmçinin “Tottenhem”, “MK Dons”, “Beşiktaş” və İngiltərə millisində də oynayıb.
“Komo” A Seriyasında çıxış edir və 20 turdan sonra turnir cədvəlində 17-ci yerdədir. Komandanın baş məşqçisi Sesk Fabreqasdır.