“Xəzər Lənkəran”la oyunda məğlub olmağımızın səbəbi azlıqda qalmağımız idi. Əgər qırmızı vərəqə almasaydıq nəticə başqa cür olacaqdı. Demirəm qalib gələcəydik, ancaq başqa cür oyun oynayacaqdıq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında AZAL-ın futbolçusu Şəhriyar Rəhimov deyib.
“Rəvan”dan gözlənilmədən ayrılan futbolçu sabiq klubu ilə sabah qarşılaşacaqları oyuna da toxunub:
“Bu oyunda qalib gələcəyimizə inanırıq. Artıq iki oyundu məğlub oluruq. Müdafiə xəttindəki problemlər inanıram ki, “Rəvan”la oyunda özünü biruzə verməz”.