Azərbaycan kubokunun 1/4 final cavab oyunları çərçivəsində doğma meydanda “Araz Naxçıvan”la qarşılaşan “Xəzər Lənkəran” rəqibini 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.
İdmanxeber.com matçdan sonra hər iki klubun baş məşqçisinin səsləndirdiyi fikirlərlə sizi tanış edir:
Mustafa Denizli: “Oyunu artıq ilk hissədə həll edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam. “Araz Naxçıvan” yaxşı komandadır, gələn mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha fərqli olacaq. Premyer Liqada da bacardığımız qədər irəliləməyə çalışacağıq”.
Əsgər Abdullayev: “Hamını Novruz bayramı ilə təbrik edirəm. “Xəzər Lənkəran” klubunun rəhbərliyinə təşəkkür edirəm, bizi yaxşı qarşıladılar. Biz 8 ayın komandasıyıq, yaxşı mübarizə apardıq, qələbə istəyimiz var idi, təəssüf ki, alınmadı. Hakimliklə bağlı ötən oyunda da danıışmışdım. Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Aidiyyatı qurumlar bu məsələlərə baxır, qiymət verir”.