Həmyerlilərimiz Arif İsayev və Saşa Yunisoğlunun formasını geyindiyi "Dənizlispor"un baş məşqçisi Yusuf Şimşək yerli mətbuata açıqlama verib.
Mütəxəssis qarşıdakı turda oynayacaqları "Mersin İdman Yurdu" matçı barədə danışıb:
“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ev və ya səfər matçları arasında fərq qoyacaq vəziyyətdə deyilik. İtirəcək bir şeyimiz qalmayıb. Edəcəyimiz tək şey 3 xal üçün döyüşməkdir.
Şimşək bundan əlavə zədəli olduğu deyilərək Bakıya göndərilən Arif İsayevin infeksiyaya yoluxduğunu bildirib:
Simac, Sərdar ve Yenalın zədəsi sağalsa da, formada olmadıqları üçün heyətə almadıq. Arif İsayevin isə sidik kanalında infeksiya var, bu səbəbdən oynamayacaq”.