“Atletiko”nun və Ninerlend millisinin hücumçusu Memfis Depay yeni imicinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, İslandiya ilə yoldaşlıq oyununda (4:0) futbolçu meydançaya başına sarğı ilə daxil olub. Bir çox azarkeş futbolçunu görünüşünə görə tənqid edib. Depay bu barədə bunları deyib:
“Mənə əla görünür və tərləməməyə kömək edir. Sevigilim də bu tər bandını sevir. Artıq Almaniyada hansı rəngdə geyinəcəyimi düşünürəm”.
Depay iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.