Topaz Premyer Liqasının 2014/15 mövsümündə mübarizəni 9 komanda davam etdirəcək.
İdmanxeber.com-un apasport.az-a istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
O bildirib ki, fəaliyyətini dayandıran "Araz-Naxçıvan”ın çempionatda çıxışını yarımçıq saxlaması dəqiqləşib. Bu üzdən yarışı elə 9 komanda davam etdirəcək.