“Beşiktaş” “Qalatasaray” derbisinə ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Raşid Qezzalın xidmətindən yararlana bilməyəcək. Əlcəzairli futbolçu son turda “Ümraniyespor”a qarşı oyunda ciddi zədə alıb.
Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
“Beşiktaş” – “Qalatasaray” matçı bazar günü saat 20:00-da başlayacaq.