Dünya futbolu

Derbi öncəsi hər iki komandada ciddi itkilər

Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində “Qalatasaray”ı qonaq edəcək “Fənərbağça”da ciddi itkilər var.

İdmanxeber.az-ın məlumatına görə, “sarı bvülbüllər”in heyətində Əmrə Bələzoğlu zədə, Luis Qustavo isə sarı kart limitini doldurduğu üçün İstanbul derbisini buraxmaq məcburiyyətində qalacaq.

“Qalatasaray”da isə Lemina ötəngün “Yeni Malatyaspor”la görüşdə sıradan çıxıb. Onun zədəsinin ciddi olduğu və derbini buraxacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43