Dünya futbolu

“Derbiyə belə başlamaq qəbuledilməzdir” – Erik Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Lids” oyunu (2:2) barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis komadasının müabrizəsindən razı qaldığını açıqlayıb. O, oyun barədə bunları deyib:

“Bir xal qazandığımızı deyə bilərsiniz. İki top geriyə düşdükdən sonra geri dönmək çətindir. Derbiyə belə başlamaq qəbuledilməzdir. Fasilə zamanı futbolçulara xəbərdarlıq etdim. Ancaq yenə də ikinci hissə başlayan kimi qol buraxdıq. Bu, çox məyusedicidir. Öz oyunumuzu oyna bilsək, hər şey qaydasında olacaq. Görüş sonlarında bir çox imkanlarımız oldu. Yararlana bilmədik. Hücumda daha soyuqqanlı davranmalıyıq”.

“Qırmızı şeytanlar” qarşılaşmada 0:2 hesabı ilə geriyə düşsə də, oyundan bir xalla ayrıla bilib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43