13 Fevral 2025
Ölkə futbolu

Derbiyə doğru: “Neftçi” gec ayıldı, “Qarabağ”da hər şey normaldı”

“Son oyunlarda “Neftçi”nin çıxışında yüksəliş var. Komanda bir neçə futbolçu ilə də güclənib. “Neftçi”nin bundan sonra necə çıxış edəcəyi çox maraqlıdı. Qarşıda “Qarabağ”la ağır oyun var. Ağdam klubu da bu görüşə mütləq qələbə niyyəti ilə çıxacaq”. 

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Aqil Nəbiyev həftəsonu keçiriləcək “Neftçi” – “Qarabağ” matçı barədə danışarkən deyib. Mütəxəssis Azərbaycan derbisinin maraqlı keçəcəyini bildirib:

“Neftçi sanki gec ayıldı. Hazırda əsas hədəfləri ölkə kubokudu. Son görüşlərdə yaxşı oynasalar da, çempionatda yuxarı pillələrə qalxmaları sual altındadı.  Ancaq “Neftçi”nin formada olması Azərbaycan futbolu üçün çox lazımdı. 

“Qarabağ”da isə durum normaldı. Hər komanda da bir müddət eniş olur. Buna normal yanaşmalıyıq. Onlar da son oyunda “Səbail” üzərində inamlı qələbə qazandılar. Derbinin maraqlı olacağını düşünürəm. Nəticəni proqnozlaşdırmaq çətindi. Ancaq azarkeşləri gərgin və maraqlı oyun gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43