Biz də bir şablon misal var: “Yıxılana balta vurmazlar”
Ona görə də nə bu misala əməl etmək fikrində deyiləm, nə də özümü ağıllı göstərmək niyyətim yoxdu. Ancaq yazacaqlarımda da mənə haqq qazandıracağınıza ümid edirəm.
Biz hər gün oxuculara klublarımızın yay transfer pəncərəsində heyətinə qatdıqları futbolçu, baş məşqçi və ya klub rəsmiləri, eləcə də qovulanlarla bağlı sizə məlumat veririk. Ancaq bir müddətdir ki, “Neftçi”də baş verən məlum və qeyri-məlum səbəblər ucbatından bu komandanın vitse-prezidenti Tahir Süleymanovun adını “Gələnlər”ə və “Gedənlər”ə azı 4 dəfə salmışıq. Misal üçün aşağıdakı formada:
Klublarımızın yay transfer pəncərəsi:
“Neftçi”:
Gedənlər: Tahir Süleymanov
Gələnlər: Tahir Süleymanov
Bu səbəbdən də Süleymanovun adı nə “gələnlər”də, nə də “gedələr”də olmayacaq. Bu məsələnin ən “unikal” forması fikrimcə belədi:
Klublarımızın yay transfer pəncərəsi:
“Neftçi”:
Gedənlər: …
Gələnlər: …
Dəxilsiz məxuniyyətə çıxanlar: Tahir Süleymanov
Səxavət