16 Sentyabr 2024
Ölkə futbolu

Deyan Blajevski: “Bunu ona görə deyirəm ki, “Xəzər Lənkəran” çox yaxşı komandadı”

“Xəzər Lənkəran”la müqavilə imzaladığıma görə çox xoşbəxtəm. Bunu ona görə deyirəm ki, “Xəzər Lənkəran” çox yaxşı komandadır. Çox yaxşı təşkil olunub. Gözlədiklərimdən daha çoxunun şahidi oldum.Xüsusilə, azarkeşləri heç bir komanda ilə müqayisə olunmur“.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Dejan Blajevski deyib.

Cənub klubunun legioneri ölkəsinin mətbuatına açıqlamasında daha sonra ölkəmiz haqqında bunları söyləyib:

Azərbaycanda keyfiyyət və səviyyə daha yüksəkdir. Çünki, burada çox maddi vəsait ayrılır. Peşəkar legionerlər cəlb olunub. Buna görə də, hesab edirəm ki, Azərbaycan çox üstündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43