“Biz “Qarabağ”a qarşı çox yaxşı oynadıq. Son iki matçımızdan öncə bizə deyirdilər ki, siz bu oyunlardan bir xal belə toplaya bilməyəcəksiniz. Amma biz hər iki oyunda qələbə qazandıq”.
İmanxeber.com-un xəbərinə görə, bu sözləri “Neftçi”in Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqada bu gün “Qarabağ”a qalib gəldikləri oyundan sonra jurnalistlərə deyib.
O, yeni baş məşqçiləri Əsgər Abdullayevin uğurlarına sevindiklərini söyləyib: “Əsgər Abdullayev “Neftçi”yə yad adam deyil. İlin sonuna kimi komandanın başında olacaq. Mən fikir dəyişməyi xoşlamıram. Biz istəyirik ki, komandaya əcnəbi baş məşqçi gətirək. Əsas məqsədimiz komandanı yuxarı piillələrə qaldırmaqdır. “Neftçi” xalqın komandası oluğunu göstərdi”.