“Öncədən də bu oyunun çətin olacağını bilirdik. Hər şey istədiyimiz alındı, istədiyimiz üç xalla buradan ayrılırıq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Deyvid Sakkoni deyib.
AZAL üzərindəki qələbəni şərh edən braziliyalı futbolçu söğzlərinə belə davam edib:
“Azarkeşlərin Mario ilə məni müqayisə etmələri mənim üçün xoşdur. Baxmayaraq ki, bizim oyun tərzimiz bir deyil. Təbii ki, Mario Souza azarkeşlərin qəlbində taxt qurub, o azarkeşlərin qəlbində yaşayır. Mən də istərdim, onun nail olduğu uğurlara sahib olum. Qol vurduğum üçün çox xoşbəxtəm”.