Dünya futbolu

Deyvis üçün danışıqlar gedir

Alfonso Deyvis üçün “Real” və “Bavariya” arasında danışıqlar gedir.

İdmanxeber.az “AS” nəşrinə əsasən məlumat verir ki, Münhen klubu kanadalı oyunçu üçün 50 milyon avro tələb edir. “Real” isə 30 milyon avroya bu transferi bitirmək istəyir. Tərəflər arasında danışıqlar davam edir.

“Kral klubu” Deyvislə şəxsi məsələlərdə razılığa gəlib. Kanadalı cinah müdafiəçisini “Real”ın yaydakı ilk transferi olacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43