05 Avqust 2021
Kateqoriyasız

Daha bir legioner “Qəbələ”dən getdi

“Qəbələ” müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb.

Bu haqda klubun saytı məlumat yayıb.

Ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.

“Qəbələ” İdman Klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, “Qəbələ” yay fasiləsində Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə də yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şehiç və Almeydadan Xocalı paylaşımı – Fotolar

admin

“Qarabağ” üçün ŞOK: Problemli mövqedə növbəti problem

admin

Deviç “Sabah”dan getdi

admin